MN: Mərkəzi Hərbi Poliklinika yeni tibbi avadanlıqlarla təchiz olunub

MN: Mərkəzi Hərbi Poliklinika yeni tibbi avadanlıqlarla təchiz olunub
# 16 mart 2016 08:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Mərkəzi Hərbi Poliklinika hərbi tibb sahəsində çox mühüm bir obyektdir. İlkin müraciətlər bura olur və həkimlərimiz mümkün olduğu qədər tez bir zamanda müayinələr apararaq bütün lazımi əməliyyatları yerinə yetirirlər. Bölmələrimiz yeni tibbi avadanlıqlarla təchiz olunub”. APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Mərkəzi Hərbi Poliklinikasının rəisi, tibb xidməti polkovnik-leytenantı Mehriban Quliyeva “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, MN-nin Mərkəzi Hərbi Poliklinikasında şəxsi heyətin müayinə və müalicəsi üçün zəruri bölmələr və kabinetlər fəaliyyət göstərir: “Poliklinika Bakı Qarnizonu hərbi hissə və təşkilatlarının zabit, gizir və əsgərlərinin ambulator müayinə və müalicəsini aparır. Burada hərbi qulluqçularla yanaşı, onların ailə üzvləri və mülki vətəndaşlar da ambulator müayinə və müalicə alırlar”.

M. Quliyeva əlavə edib ki, həkimlər peşə səriştələrini artırmaq üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilir: “Bununla yanaşı, mütəxəssislər müvafiq dövrdə Hərbi Tibb fakültəsində ixtisasartırma kursları keçirlər”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR