Abşeronda qadını avtomobil vurub

Abşeronda qadını avtomobil vurub
# 11 yanvar 2020 00:48 (UTC +04:00)

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb.

Minik avtomobili 1965-ci il təvəllüdlü Mirvari İsayevanı vuraraq ağır xəsarət yetirib.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR