Monteneqro Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Monteneqro Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
# 25 dekabr 2019 17:50 (UTC +04:00)

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.

Sizinlə gələcək görüşlərimizi səbirsizliklə gözləyir, müdrik rəhbərliyinizlə dost Azərbaycanın inkişafından məmnunluq duyuram.

Zati-aliləri, ən dərin ehtiramımı, səmimi təbriklərimi və salamlarımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR