Ukraynada tramvay atəşə tutulub, xəsarət alan var

Ukraynada tramvay atəşə tutulub, xəsarət alan var
# 13 dekabr 2016 02:02 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərində naməlum şəxslər tramvayı atəşə tutub.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, güllələrin sındırdığı şüşə parçaları sürücünü yüngül yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son ayda Dnepr şəhərində ictimai nəqliyyatda baş verən üçüncü silahlı insidentdir. Noyabrın 9-da naməlum silahlılar şəhərin mərkəzində trolleybus və tramvayı, 16-da isə yenidən tramvayı atəşə tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR