Nazir: "QHT və publik hüquqi şəxslərin maliyyələşməsi məsələsinə baxılır"

Nazir: "QHT və publik hüquqi şəxslərin maliyyələşməsi məsələsinə baxılır"
# 02 dekabr 2016 11:43 (UTC +04:00)

"Hazırda publik hüquqi şəxslərin maliyyələşməsi işinə baxılır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, publik hüquqi şəxslərin təsərrüfat hesabı ilə fəaliyyət göstərəcəyi nəzərdə tutulur: "Bununla əlaqədar müvafiq sənədlər qəbul ediləcək".

Nazir əlavə edib ki, QHT-lərin maliyyələşdirilməsi məsələsinə də baxılacaq.

Qeyd edək ki, müzakirə zamanı millət vəkilləri Qüdrət Həsənquliyev və Şahin İsmayılov QHT-lərə ayrılan vəsaitin az olmasına diqqət çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR