Aİ şirkətləri: Azərbaycan banklarının xarici şoklara həssaslığının azaldılması üçün davamlı tədbirlər görülməlidir

Aİ şirkətləri: Azərbaycan banklarının xarici şoklara həssaslığının azaldılması üçün davamlı tədbirlər görülməlidir
# 05 iyun 2018 09:05 (UTC +04:00)

“Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri hesab edir ki, ölkə banklarının xarici şoklara qarşı həssaslığının azaldılması, eləcə də maliyyəyə çıxışa əngəl törədən maneələri aradan qaldırmaq üçün bundan sonra davamlı tədbirlərin görülməsi vacibdir”

APA-Economics” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, 2017-ci ildə milli valyutanın məzənnəsinin sabitləşməsindən və biznesə inamın artmasından sonra növbəti dəstək 2018-ci il üçün nəzərdə tutulan islahatlardan gəlməlidir. “Bu islahatlar inflyasiyanın iki rəqəmli səviyyədən enməsi, risklərə yönələn nəzarətə keçid, eləcə də biznes sektoru çərçivəsində informasiya axının yaxşılaşmasından ibarətdir,” – deyə hesabatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR