Bakı-2015: Kanoeçilərimiz 8-ci olublar

Bakı-2015: Kanoeçilərimiz 8-ci olublar
# 15 iyun 2015 09:46 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Mingəçevirdə keçirilən yarışın ikinci günündə 5 dəst medallar sahibini tapıb.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsində qatılan 9 cütlük arasında 8-ci olub.

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR