Dövlət büdcəsinə gömrük daxilolmaları 36% artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları 36% artıb
# 15 noyabr 2016 08:55 (UTC +04:00)

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 183 mln. 134,6 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı statistikaya istinadən xəbər verir ki, daxilolmalar ötən ilin eyni ilə müqayisədə 48 mln. 850,1 min manat və ya 36,4% artıb, sentyabr ayı ilə müqayisədə isə 44 mln. 515,3 min manat və ya 19,55% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 mln. 108,9 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 117 mln. 649 min manat, aksizlər üzrə 5 mln. 884,6 min manat, yol vergisi üzrə isə 2 mln. 492,1 min manat təşkil edib.

Bundan öncə DGK sədri Aydın Əliyev bildirib ki, gömrük orqanları proqnoz tapşırığı cari ilin noyabr ayının 1-dək yerinə yetirib. Qeyd edilən dövrədək DGK xətti ilə dövlət büdcəsinə 1 mlrd. 810 mln. manat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR