Prokuror "İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsə 20 il cəza istəyib

Prokuror "İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsə 20 il cəza istəyib
# 09 fevral 2018 08:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı iş mərkəzində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

Prokuror E. Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer, paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR