Keçən il qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində 39,4 milyon manat dəyərində qaçaqmalçılıq predmeti olan əşyalar - pul, qiymətli kağızlar, zinət əşyaları, mal-qara, narkotik vasitələr, dövriyyəsi qadağan edilmiş digər predmetlər aşkar edilərək götürülüb.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə 16 qaçaqmalçı qrup zərərsizləşdirilib.
Hesabatda bildirilir Ki, odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirləri nəticəsində 2 ədəd AKS-74 avtomat silahı, 34 tüfəng, 14 tapança, 2 ədəd gecəgörmə cihazı, 1 ədəd dron, 1178 ədəd müxtəlif ölçülü patron, 1 ədəd elektrokeyləşdirici, 2 ədəd radiostansiya, 15 ədəd tank əleyhinə mina aşkarlanaraq götürülüb.
Nazirlər Kabineti: Ötən il 16 qaçaqmalçı qrup zərərsizləşdirilib
05 mart 2019 10:18 (UTC +04:00)
Hadisə
Tanınmış meyxanaçının Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpəsi ölüb - YENİLƏNİB
17:50
4 iyun 2024
Sabunçuda yanğın olub
17:34
4 iyun 2024
Dələduzluğa görə həbsdə olan Səbuhi Rəcəb dünya çempionu ilə birgə yenidən məhkəmə qarşısına çıxarılır
17:25
4 iyun 2024
Naxçıvanda 6 mərmi aşkar edilib - FOTO
17:16
4 iyun 2024