Kənd təsərrüfatı və tikintiyə ayrılan torpaqlardan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib

Kənd təsərrüfatı və tikintiyə ayrılan torpaqlardan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib
# 30 sentyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verilərək bildirilib ki, 88-1-ci maddənin adı dəyişdirilərək “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” variantında verilir.

Mövcud variantda maddənin adı belədir: “Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə”.

Layihədə təklif olunan maddənin 1-ci hissəsində deyilir ki, “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir". Hazırda bu cərimələrin yuxarı həddi cəmi 32 manatdır. Maddənin ikinci hissəsində isə bildirilir ki, qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaqlar. Hazırda isə bu cərimənin yuxarı həddi cəmi 35 manatdır.

88-3. maddəsinə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə 1500 manat miqdarında cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimə 60 manatdan 90 manata qədərdir. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR