Azər Kərimli: “Əlibəyli kənd sakinləri mənin əleyhimə aparılan kampaniyadan narahatdır”

Azər Kərimli: “Əlibəyli kənd sakinləri mənin əleyhimə aparılan kampaniyadan narahatdır”
# 13 oktyabr 2015 14:20 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Məclisinin deputatı, Qax rayonundan deputatlığa namizəd Azər Kərimli ötən gün namizəd olduğu dairədə keçirdiyi görüşlər zamanı guya Əlibəyli kəndində onun narazılıqla qarşılanması xəbərinə münasibət bildirib.

A. Kərimli APA-ya deyib ki, ümumiyyətlə dünənki görüşləri zamanı o, kənddə olmayıb: "Bu xəbər dezinformasiyadır və ölkədə, xüsusilə Qaxdakı yüksək seçki fəallığına qarşı təxribatdır. Əlibəyli kəndinin sakinləri bu xəbərdən çox narahat olub. Bu xəbəri yazarkən məndən və ya kəndin sakinlərindən məlumat almaq olardı. Amma çox təəssüf ki, buna lüzum görülməyib. Mən son dəfə Əlibəyli kəndində 2-3 ay əvvəl olmuşam. Bu dəfə də mənim Əlibəyli kənd sakinləri ilə görüşüm, ayın 20-dən sonraya nəzərdə tutulub və əminəm ki, ən izdihamlı görüşlərimdən biri məhz bu kənddə baş tutacaq”.

Deputat bildirib ki, ötən gün o, Qax rayonunda Mədəniyyət evində olub və ziyalılar, ağsaqqallar, gənclər, Qarabağ əlilləri ilə görüşüb.

Azər Kərimli qeyd edib ki, onun əleyhinə qara “piar” kampaniyası aparılır: "Sakinlər bu xəbərdən sonra zənglər ediblər, onlar çox narahatdırlar. Bilirəm ki, mənə qarşı bu kampaniyasını kim aparır, onun adını çəkmək fikrim yoxdur. Ancaq onu deyə bilərəm ki, hər şeyin bir həddi var".

Deputatın Seçki Qərargahından bildirilib ki, bu xəbərdən sonra Əlibəyli kəndinin gürcü əhali əlaqə saxlayaraq deputata dəstək olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR