Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edib
# 12 oktyabr 2015 14:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı simfonik orkestrdə, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Teatrdan APA-ya verilən məlumata görə, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.

Sənədlər Musiqili Teatrda qəbul edilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, müsabiqə istedadlı gənclərin teatra cəlb edilməsi, yaradıcı qrupa, texniki heyətə şərait yaradılması məqsədi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR