“Moody’s” Azərbaycanın neft ehtiyatları üzrə proqnozunu açıqlayıb

“Moody’s” Azərbaycanın neft ehtiyatları üzrə proqnozunu açıqlayıb
# 12 fevral 2018 11:17 (UTC +04:00)

“Neft hasilatı indiki səviyyədə qalarsa, Azərbaycanın “qara qızıl” ehtiyatı 20-25 ilə kifayət edəcək”.

APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

Bildirilir ki, bu, digər OPEC və qeyri-OPEC ölkələri ilə müqayisədə daha tez baş verəcək. “Azərbaycan hökuməti ixrac mənbəyi olaraq qaz ehtiyatlarından istifadə etməyə başlayıb. Bu da növbəti illərdə itirilən neft gəlirlərini qismən kompensasiya etməyə kömək edəcək. TANAP-ın ilkin mərhələdə 16 milyard kubmetrlik, 2026-cı ilə qədər isə 31 milyard kubmetrlik nəqletmə gücü Azərbaycana karbohidrogen ehtiyatları ixracını müvafiq olaraq neft ekvivalentində 105,5 milyon barel və 204,5 milyon barel səviyyəsinə çatdırmağa imkan verəcək,” – deyə sənəddə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR