Nazir: “Rusiya meyvə-tərəvəz istehsalı ilə bağlı yeni birgə müəssisələrin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir”

Nazir: “Rusiya meyvə-tərəvəz istehsalı ilə bağlı yeni birgə müəssisələrin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir”
# 23 sentyabr 2014 08:19 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yerli RBK telekanalına müsahibəsində deyib.

“Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s. yaradılması üzərində işləyirik. Biz bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 6-da kənd təsərrüfatı məhsullarının, xammal və ərzağın bəzi növlərinin idxalının qadağan olunması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən meyvə, tərəvəz, mal və donuz əti, balıq, süd məhsullarının idxalı bir il müddətində qadağan edilib.

Daha sonra Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov bəyan edib ki, Rusiyaya meyvə və tərəvəzin tədarükündə Azərbaycanla yanaşı, Özbəkistan, Tacikistan, müəyyən qədər Qırğızıstan perspektivli ölkə hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR