ABŞ-da anarxistlər iğtişaşlar törədib, saxlanılanlar var

ABŞ-da anarxistlər iğtişaşlar törədib, saxlanılanlar var
# 02 may 2017 05:14 (UTC +04:00)

ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) 1 May Beynəlxalq Əmək günü ilə əlaqədar keçirilən yürüş iğtişaşlarla nəticələnib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir qrup anarxist polis əməkdaşlarına “Molotov kokteylləri” və tüstü şaşkaları atıb, polis avtomobilini yandırıb və ətrafdakı evlərin şüşələrini sındırıblar.

Polis, öz növbəsində, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.

Hadisə nəticəsində 3 nəfər həbs olunub. Xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR