Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Beynəlxalq Savadlılıq Günü ilə bağlı müraciət yayıb
# 05 sentyabr 2008 13:47 (UTC +04:00)
Bakı-APA. “Yetkinlik yaşına çatan hər beş insandan biri, ümumilikdə 774 milyon insan savadsızdır”. Bu barədə BMT-nin baş katibi Pan Ki Mun 8 Sentyabr Beynəlxalq Savadlılıq Günü ilə bağlı yaydığı müraciətdə bildirilib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu ilki Beynəlxalq Savadlılıq Gününün mövzusu “Savadlılıq və sağlamlıq” müəyyən edilib. Müraciətdə qeyd olunub ki, dünyada 75 milyon uşaq məktəbə getmir və milyonlarla gənc cəmiyyətin həyatında fəal və məhsuldar iştirakı üçün lazımi savadlılıq dərəcəsini əldə etmədən məktəbi tərk edir: “Savadsızlıq insanın sağlamlığı üzərində birbaşa təsirə malikdir. Savadsız insan hətta dərman preparatları üzərindəki təlimatı oxumağa da qadir deyil. Bu o deməkdir ki, insanlar QİÇS, malyariya, həmçinin dünya ictimaiyyətini narahat edən digər səhiyyə məsələləri haqqında daha az biliyə malik olurlar. Savadlılığı artırmaq üçün yaxşı işlənib hazırlanmış siyasətə və bu sahəyə olan sərmayənin artırılmasının mühüm rolu var. Savadlılıq ana sağlamlığını və QİÇS, malyariyaya qarşı mübarizə vəzifələrini müəyyən edən Minilliyin İnkişaf Məqsədlərinə nail olunması, o cümlədən qlobal miqyasda mühüm səhiyyə məsələləri baxımından çox vacib əhəmiyyət kəsb edir”. Baş katib bu il Beynəlxalq Savadlılıq Günündə, hökumətləri, BMT ailəsini, donor və vətəndaş cəmiyyətlərini bu vəzifəni daha cəsarətlə yerinə yetirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR