Bank Of Baku

Azərbaycan prezidenti Macarıstan Milli Assambleyanın sədrini qəbul edib

Azərbaycan prezidenti Macarıstan Milli Assambleyanın sədrini qəbul edib
# 05 sentyabr 2008 14:12 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Macarıstan parlamentinin - Milli Assambleyanın sədri, xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkələr arasında tərəfdaşlığın səviyyəsindən məmnunluğunu vurğulayan prezident parlamentlərarası əməkdaşlıq üçün də böyük potensialın olduğunu deyib.

Öz növbəsində xanım K. Sili iki ölkə arasında əməkdaşlığın genişləndiyini, parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyətli olacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR