Bank Of Baku

Koksal Toptan: “Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq”

Koksal Toptan: “Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq”
# 22 oktyabr 2008 10:00 (UTC +04:00)
APA-nın Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan bildirib. N. Nazarbayevin TürkPA yaratmaq təşəbbüsünün Türkiyə tərəfindən tam dəstəkləndiyini deyən K. Toptanın sözlərinə görə, bu ilin sonuna kimi türkdilli ölkələrin parlament rəhbərlərinin görüşü keçiriləcək və həmin görüşdə TürkPA-nın yaradılması barədə sənəd imzalanacaq.

K. Toptan TürkPA-nın qərargahının İstanbulda olmasını da təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR