Azərbaycan və Rusiyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə birgə bəyanat qəbul ediblər - FOTOSESSİYA
03 aprel 2012 14:52 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşün yekununda iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə birgə bəyanat qəbul olunub.
Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, 20 il ərzində Azərbaycanla Rusiya arasında 165 saziş imzalanıb ki, bunlardan 80-i dövlətlərarası və hökumətlərarası sazişlərdir. Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı göstərdiyi təşəbbüslərə görə Rusiya prezidenti Dmitri Medvedyevə təşəkkürünü bildirib: “Hələlik təəssüf ki, buna nail olmasaq da, ümidvaram ki, problemi nizamlamağa və status-kvo nöqtəsindən tərpətməyə nail olacağıq”.
Görüşdə Xəzərin hüquq statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsini də nəzərdən keçiriblər.
Sergey Lavrov bildirib ki, Rusiya Azərbaycanla tərəfdaşlığın inkişafını davam etdirməyə hazırdır: “Ötən illər ərzində biz qarşılıqlı maraq doğuran dialoqu inkişaf etdirmək qabiliyyətinə malik olduğumuzu və mürəkkəb problemlərin, o cümlədən dövlət sərhədi probleminin həllinə tapa bildiyimizi sübuta yetirdik.” Lavrov bu gün Rusiyanın 70 regionunun Azərbaycanla əməkdaşlıq etdiyini qeyd edib: “İnsanlar arasında ənənəvi humanitar və mədəni əlaqələr dialoqu inkişaf etdirmək üçün yaxşı bazadır”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Sergey Lavrov bildirib ki, Rusiya iki qonşu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmasında və bu yaranın tezliklə qaysaq bağlamasında maraqlıdır: “Bu qərar bütün tərəflər üçün qəbul edilən olmalıdır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir”.
Nazirlər həmçinin 1992-2012-ci illərdə Azərbaycanla Rusiya arasında imzalanmış sənədlər toplusunu təqdim ediblər.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə ölkəmizdə iki günlük rəsmi səfərdədir. Səfər sabah başa çatacaq.

Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024