AŞPA komitəsi “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişiklikləri qəbul edib
03 oktyabr 2012 15:13 (UTC +04:00)
Bakı-APA. Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin təqdim etdiyi məruzənin 3-cü bəndinin silinməsi ilə nəticələnib: “Həmin bəndin əvəzlənməsində göstərildi ki, siyasi məhbus anlayışının istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir. Bu, o deməkdir ki, məruzəçi cənab Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişikliklərlə, nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrildi. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və təsdiqlənmək üçün AŞPA-nın plenar sessiyasına göndərildi”.
Xarici siyasət
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO
10:54
22 may 2024
Baş nazir və XİN başçısı anım mərasimində iştirak etmək üçün İrana gedir
09:39
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024