Bank Of Baku

Aİ: Son 10 ildə “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq səmərəli olub

Aİ: Son 10 ildə “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq səmərəli olub
# 26 iyul 2019 15:31 (UTC +04:00)

“Son 10 il ərzində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan arasında gücləndirilmiş əməkdaşlıq səmərəli olub. Bu əməkdaşlıq çərçivəsində vətəndaşlar üçün konkret addımlar atılıb”. 

APA-nın xəbərinə görə, bu fikirlər Avropa İttifaqının (Aİ) rəsmi saytında yer alıb. 

Bildirilib ki, “2020-ci il üçün 20 praktiki nəticə” adlı birgə islahat gündəminin sayəsində regionda daha güclü iqtisadiyyat qurulub, daha güclü idarəçilik, əlaqələr və cəmiyyətlər formalaşdırılıb: “Bu il mayın 14-də “Şərq Tərəfdaşlığı” proqramının 10-cu il dönümünə həsr olunmuş yüksək səviyyəli konfransda Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker proqramın gələcəyinə dair müzakirələrə start verib. Bu kontekstdə də Avropa İttifaqı Şurası Komissiyaya “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair təkliflər irəli sürməyi tapşırıb”. 

Qeyd olunub ki, oktyabrın 31-nə kimi Aİ-yə üzv ölkələr və “Şərq Tərəfdaşlığı” proqramının üzvləri, beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, gənclər, media nümayəndələri 2020-ci ildən sonra proqramın gələcəyinə dair fikirlərini bölüşməyə dəvətlidirlər.  

Müşavirə tipli tədbirlər oktyabrın 31-dək Aİ və tərəfdaş ölkələrdə keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR