Almaniyanın Azərbaycana yeni təyin edilmiş səfiri Volfqanq Maniq Milli Məclisin Sədri Oqtay Əsədovla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə səfir öz rəsmi “Twitter” səhifəsində bildirib.
O qeyd edib ki, görüş zamanı tərəflər Azərbaycan-Almaniya əlaqələrinin mənafeyi naminə sıx şəkildə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.