ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə H.Dezir ATƏT regionunda media azadlığının vəziyyətinə dair dinləmələr zamanı deyib.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla səfər məsələsini müzakirə edib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı ilə bağlı müzakirələr davam edir.