Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin birgə baxışının tarixi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia məlumat verib.
O bildirib ki, Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin birgə baxışı 19-23 avqust tarixlərində keçiriləcək.
“Biz sərhəd məsələlərinin iki ölkə arasında müzakirəsinin vacibliyini bir daha vurğulayırıq. Bütün məsələlər ikitərəfli komissiyanın fəaliyyəti çərçivəsində həllini tapmalıdır”, - L. Darsalia qeyd edib.