Azərbaycan BMT-nin yüksək səviyyəli siyasi forumunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişə dair Könüllü Milli icmalını təqdim edəcək.
APA BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə yüksək səviyyəli siyasi forumu sabah ABŞ-ın Nyu York şəhərində öz işinə başlayacaq.
Qeyd edək ki, Azərbaycan artıq ikinci dəfədir Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişə dair Könüllü Milli İcmalını təqdim edir. İlk Könüllü Milli İcmal 2017-ci ildə təqdim edilmişdi. Bu il Azərbaycanla yanaşı, daha 46 ölkə öz Könüllü Milli İcmallarını təqdim edəcəklər. BMT-nin Dayanıqlı İnkişaf üzrə yüksək səviyyəli siyasi forumu iyulun 18-də başa çatacaq.