Bank Of Baku

Azərbaycan XİN Dominik Raabı təbrik edib

Azərbaycan XİN Dominik Raabı təbrik edib
# 25 iyul 2019 15:03 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominik Raabı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər naziri təyin edilməsi münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, XİN-in “Twitter” səhifəsində yer alan təbrikdə bildirilib ki, Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

“Biz iki ölkə arasında strateji tərəfdaşlığı hər iki xalqın mənfəəti və rifahı naminə davam etdirəcəyik”, - XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş Naziri Boris Conson Xarici İşlər naziri vəzifəsinə Dominik Raabı təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR