Bank Of Baku

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 11 dekabr 2025 18:53 (UTC +04:00)

Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş keçirilir.

Bu barədə APA-ya XİN-dən bildirilib.

Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.

Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR