Bank Of Baku

Fadli Zon: “Azərbaycanın beynəlxalq siyasətdə rolu artır”

Fadli Zon: “Azərbaycanın beynəlxalq siyasətdə rolu artır”
# 30 iyul 2019 16:00 (UTC +04:00)

“Azərbaycanın beynəlxalq siyasətdə rolu artır”.

Bunu APA-ya Azərbaycanda səfərdə olan İndoneziyanın Xalq Nümayəndələri Məclisinin sədr müavini Fadli Zon deyib. 

O bildirib ki, Azərbaycan bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqına üzv seçilib: “Azərbaycan ən böyük parlamentlərarası təşkilat olan Parlamentlərarası İttifaqın (PAİ) aktiv üzvüdür. Bu, Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu nümayiş etdirir”. 

Fadli Zon qeyd edib ki, Azərbaycan və İndoneziya arasında stabil və yaxşı əlaqələr olsa da, münasibətlərin inkişafı üçün daha çox iş görülə bilər: “İki ölkə arasında parlamentlərarası dostluq qrupu mövcuddur. Bu dostluq qrupu hər iki ölkənin parlamentləri tərəfindən daha çox imkanları araşdırmaq üçün bir vasitə kimi çıxış edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR