Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.
“Biz gündəlik olaraq təşkilati və texniki məsələlərlə əlaqədar azərbaycanlı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Ekspertlərin razılaşdırılmamış ərazilərə gəlməsi və baxış keçirməsi vəziyyətin öyrənilməsi baxımından önəmli fürsət olacaq. İkinci mərhələ ilə bağlı biz öz həmkarlarımızla müzakirələr aparmağa hər an hazırıq”, - D. Zalkaliani vurğulayıb.