Bank Of Baku

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb
# 16 yanvar 2026 16:14 (UTC +04:00)

Azərbaycanda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans başa çatıb.

APA xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Siqh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri iştirak edib.

Həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər də tədbirə qatılıb.

Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti müzakirə olunub.

Eyni zamanda, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələlərinə toxunulub.

Konfransın yekununda Bakı Təşəbbüs Qrupu ilə Siqh Federasiyası arasında siqh zorakılığına qarşı qlobal fəaliyyət naminə beynəlxalq ictimaiyyətə çağırış sənədi imzalanıb.

Sənəddə beynəlxalq ictimaiyyətə Hindistan hökumətinin siqhlərə qarşı apardığı neokolonial və repressiv siyasətə siyasi qiymət verməklə bağlı çağırış edilib.

“Biz beynəlxalq ictimaiyyəti Hindistan hökumətinin siqhlərə qarşı yürütdüyü neokolonial siyasətini tanımağa, bu məsələləri Hindistanla aparılan ikitərəfli və çoxtərəfli dialoqlarda ardıcıl şəkildə gündəmə gətirməyə, eləcə də təhdid və təzyiqlərlə üzləşən siqh hüquq müdafiəçilərinin qorunmasını təmin etməyə çağırırıq. Beynəlxalq institutlar tarixi yaddaşın qorunması məqsədilə sənədləşdirmə, sübutların mühafizəsi və həqiqətin üzə çıxarılması təşəbbüslərinə dəstək göstərməlidir. Əsrlər boyu davam edən təqiblərə görə hesabatlılığın olmaması sağ qalanların əzabını dərinləşdirir və yeni zorakılıq riskini artırır. Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası ölkələri, vətəndaş cəmiyyətlərini və qlobal institutları siqhlərlə həmrəy olmağa çağırır”, - yekun sənəddə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR