Paşha Bank
Bank Of Baku

Prezidentin köməkçisi: Dezinformasiyaya qarşı mübarizədə birgə səylər vacibdir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

© APA | Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

# 26 oktyabr 2026 15:37 (UTC +04:00)

Azərbaycan, Pakistan və Türkiyənin maraqları CICA və ya G8 kimi beynəlxalq təşkilatlarda hər zaman üst-üstə düşmür və bu səbəbdən yeni platformaların yaradılmasına ehtiyac duyulur.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada pakistanlı nümayəndənin sualına cavabında deyib.

Prezidentin köməkçisi bildirib ki, ilk olaraq ölkələrin media strukturları bir-birini tanımalı və sıx əməkdaşlıq etməlidir:

“Dünyanın müxtəlif yerlərindən olan jurnalistlər bir çox hallarda dezinformasiya kampaniyalarının obyekti və ya daşıyıcısına çevrilə bilir. Ənənəvi beynəlxalq media subyektləri yerli mədəniyyətə tam inteqrasiya oluna bilmir və müəyyən stereotiplər formalaşır. Qlobal Cənub çərçivəsində ölkələrin malik olduğu ümumi dəyərlər sayəsində səylərin birləşdirilməsi vacibdir. Əsas məqsəd dezinformasiyalara qarşı birgə mübarizə aparmaq və ölkələrə qarşı yönəlmiş qərəzli stereotipləri aradan qaldırmaqdır”.

O qeyd edib ki, dezinformasiya kampaniyaları manqurt insanlar yetişdirir: "Bu kimi adamlar insanların yaddaşını silərək virtual reallıqlar yaradırlar. Bizi insan edən mədəniyyətimizdir, ailəmizdir. Lakin bu kampaniyalar məhz buna qarşıdır və belə adamlar yetişdirməyə xidmət edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR