Bank Of Baku

Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
# 25 iyul 2019 18:45 (UTC +04:00)

Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Venesuelanın paytaxtı Karakasda keçirilən konfransında iyulun 21-də qəbul edilən yekun bəyannaməsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək bir daha vurğulanıb.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva öz rəsmi “Twitter” hesabında qeyd edib. 

Bəyannamə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər üzərində danışıqlar yolu ilə həll edilməsini təşviq edir. 

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü 18-21 iyulda Karakasda keçirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR