Bank Of Baku

Səfir: “Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2 dəfə artıb"

Səfir: “Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2 dəfə artıb"
# 31 iyul 2019 19:21 (UTC +04:00)

"Son 3 ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2 dəfə artıb".

APA-nın xəbərinə görə, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən tədbirdə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Onun sözlərinə görə, son 4 il ərzində Azərbaycan və Qazaxıstan arasında bir çox vacib sənəd imzalanıb: "Bunlar arasında Azərbaycan və Qazaxıstan Dəmir Yolları qurumlarının 3 il müddətinə imzaladığı yarım milyard ABŞ dolları dəyərindəki sənəd də var. Biz Azərbaycana buğda ixracını da bərpa edirik. Vaxtilə biz Azərbaycana 1 milyon ton buğda ixrac edirdik. Sevindirici hal odur ki, bu ilin birinci yarısında Azərbaycana buğda ixracını 3 dəfə artırmışıq. Ümid edirəm ki, gələn il 5-6 il öncəki göstəricini bərpa edəcəyik".

Səfir əlavə edib ki, iki ölkə arasında əlaqələr həmişə yüksək səviyyədə olub.

"Mən 4 il 4 ay Qazaxıstan üçün qardaş ölkə olan Azərbaycanda fəaliyyət göstərmişəm. Burada özümü həmişə evdəki kimi hiss etmişəm", - B.İsabayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR