Səfirlik Fərman Salmanovun adının Surqut aeroportuna verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Səfirlik Fərman Salmanovun adının Surqut aeroportuna verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
# 31 may 2019 16:45 (UTC +04:00)

“Bu gün, 2019-cu ilin 31 may tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı Sərəncama əsasən, göstərdiyi xüsusi xidmətlərə görə həmyerlimiz Fərman Salmanovun adı Surqut şəhərinin beynəlxalq hava limanına verilib".

ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Rusiyanın hava limanlarına görkəmli şəxslərin adlarının verilməsi müsabiqəsi 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilib: “Surqut şəhərinin aeroportuna bir neçə məşhur insanın adının verilməsi təklif olunurdu. Lakin Fərman Salmanovun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz çoxsaylı insanların məhz onun adına səs verərək qalibiyyətini təmin edib. Bu əlamətdar hadisə münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edir və xaricdə yaşayan hər bir soydaşımıza, məskunlaşdığı ölkədən asılı olmayaraq, böyük uğurlara imza atmaqlarını arzu edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR