Bank Of Baku

Sərdar Berdiməhəmmədov Azərbaycan səfirini təltif edib

Azərbaycan Respublikasının səfiri Qismət Gözəlov, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov

© APA | Azərbaycan Respublikasının səfiri Qismət Gözəlov, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov

# 25 dekabr 2025 16:52 (UTC +04:00)

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının səfiri Qismət Gözəlovu təltif edib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov təltifləri Qismət Gözəlova təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR