“Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərinə həsr edilən abidəni də ziyarət etdik”.
APA xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Qarabağın işğaldan azad edilməsi bu mənada hamımız üçün tarixi hadisədir. 30 illik işğala son qoyulması və Qarabağın azad edilməsini bu gün bir daha yad etmiş olduq. Türk şəhidliyində də şəhidlərimizin xatirəsini andıq. Bu günlərə asan gəlinmir. Böyük fədakarlıqlar və tarix var. Bu gözəl ölkəni bu günlərə gətirən bütün qəhrəmanları yad edirik”, – o bildirib.