Bank Of Baku

Zəncanda "İslami müqavimət ədəbiyyatı və şeirində Dağlıq Qarabağın yeri" adlı konfrans keçirilib

Zəncanda "İslami müqavimət ədəbiyyatı və şeirində Dağlıq Qarabağın yeri" adlı konfrans keçirilib
# 29 iyul 2019 16:54 (UTC +04:00)

İranın Zəncan şəhərində "İslami müqavimət ədəbiyyatı və şeirində Dağlıq Qarabağın yeri" adlı beynəlxalq konfrans keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, konfrans Zəncanın "Əzəm" hüseyniyyəsinin ədəbiyyat ofisi və İranın tanınmış  şairi Ustad Kəlami Zəncaninin  təşəbbüsü ilə təşkil olunub. Konfransda Azərbaycan və Rusiyadan da nümayəndələr iştirak edib.

Konfransın açılışında çıxış edən Zəncanın "Əzəm" hüseyniyyəsinin ədəbiyyat üzrə ofis rəhbəri Vəhid Allahverən Dağlıq Qarabağ münaqişəsindən danışıb. Ümid edirik ki, işğal olunmuş bu torpaqlar azad olacaq və 40 mindən çox şəhidin qanı yerdə qalmayacaq.

Konfranaın katibi ustad Vəliyullah Kəlami bildirib ki, bütün hücumlar və saxtakarlıqlar qarşısında şeir güclü bir silahdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR