Salyanda poçt müdiri itkin düşüb - FOTO

Salyanda poçt müdiri itkin düşüb - <span style="color: red;">FOTO
# 14 iyun 2015 10:00 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyan sakini, II Varlı kənd poçt məntəqəsinin müdiri itkin düşüb.

İtkin düşən şəxsin ailəsindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, Salyan rayonu II Varlı kənd sakini, 1962-ci il təvəllüdlü Cəfərov Əyyub Hidayət oğlu iyun ayının 1-də evdən çıxıb, geri qayıtmayıb. Yaxınları Ə. Cəfərovun itkin düşməsi barədə Salyan Rayon Polis Şöbəsinə məlumat veriblər. Axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Bildirilir ki, II Varlı kəndinin poçt məntəqəsinin müdiri olan Ə. Cəfərov son aylar psixo-nevroloji problemlərdən müalicə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR