İSB insan itkisi ilə nəticələnən yol qəzasına görə kompensasiya ödəyib

İSB insan itkisi ilə nəticələnən yol qəzasına görə kompensasiya ödəyib
# 19 iyul 2016 16:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İcbari Sığorta Bürosu insan itkisi ilə nəticələnən yol qəzasına görə kompensasiya ödəyib.

Bu barədə “APA-Economics”ə bürodan məlumat verilib.

“23 fevral 2014-cü il tarixdə saat 16:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 113-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ölümü ilə əlaqədar 5000 manat məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 19 iyul tarixində köçürülüb”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR