“Azersun Holding”də qanvermə aksiyası keçirilib - FOTO
19 iyun 2012 12:22 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” ənənəvi olaraq bu il də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.
Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, aksiyaya “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb.
Aksiyada iştirak edən və ilk olaraq qan verən “Azersun Holding”in İdarə Heyətinin sədri Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.
Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.
Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq. İstehsal etdiyi milli markalarımızla ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə vermiş “Azersun Holding” artıq 6 ildir belə bir aksiya keçirir. Bu günə qədər “Azersun Holding” əməkdaşları tərəfindən 1000 litrdən artıq qan mərkəzi qan bankına hədiyyə edilib.

Sosial
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib
17:21
20 may 2024
Məhkəmə-Hüquq Şurasına “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik hüququ verilib
17:06
20 may 2024
"Zəngilan” Su Elektrik stansiyasına media-tur təşkil olunub - FOTO
17:01
20 may 2024
Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak edir
16:29
20 may 2024