Bank Of Baku

"Ebola" virusundan ölənlərin sayı 9 mini keçib

"Ebola" virusundan ölənlərin sayı 9 mini keçib
# 06 fevral 2015 18:57 (UTC +04:00)

Bakı- APA. Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 9 004 nəfərə çatıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 22 525 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.

 

Cəmi 1 gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 25 nəfər ölüb, 38 nəfər isə ölümcül virusa yoluxub.

 

Ümumilikdə Liberiyada 8745 yoluxma və 3746 ölüm halı qeydə alınıb. Syerra-Leonedə xəstəliyə 10 792 yoluxub, 3301 nəfər ölüb,  Qvineyada 2988 nəfər xəstələnib, 1957 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR