Bank Of Baku

Terrorçular Afrika İttifaqının Somalidəki hərbi bazasına hücum ediblər

Terrorçular Afrika İttifaqının Somalidəki hərbi bazasına hücum ediblər
# 25 dekabr 2014 15:08 (UTC +04:00)

Bakı – APA. “Əs-Şahab” terrorçu qruplaşması Afrika İttifaqının Somalidə yerləşən əsas hərbi bazasına hücum edib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, artıq qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Terrorçu qruplaşmanın sözçüsü Şeyx Əbdüləziz Əbu Musab silahlıların “Halane” hərbi bazasına daxil olduğunu və orada döyüşlərin davam etdiyini bildirib.

 

Ərazidə güclü partlayış səsləri eşidilir.

 

Qeyd edək ki, İtaliya və İngiltərənin səfirlikləri, habelə BMT-nin Somalidəki qərargahı sözügedən bazanın ərazisində yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR