Bank Of Baku

Hüsnü Mübarək hərbi hospitaldan çıxaraq 6 illik həbsdən sonra evinə qayıdıb

 Hüsnü Mübarək hərbi hospitaldan çıxaraq 6 illik həbsdən sonra evinə qayıdıb
# 24 mart 2017 12:01 (UTC +04:00)

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.

 

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.

 

88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.

 

H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.

 

“O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, - deyə əd-Dib bildirib.

  

H. Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə - “Müsəlman qardaşları” təşkilatının nümayəndəsi Məhəmməd Mursi hakimiyyətdə olarkən məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.

 

Lakin 2014-cü ildə hərbçilər M. Mursini devirərək, hakimiyyətə gəldikdən sonra H. Mübarək bəraət alıb.

 

Məhkəmə 2016-cı ildə H. Mübarək və oğlanlarını yalnız korrupsiya cinayətlərində təqsirli bilib, eks-prezident barəsində bir iş üzrə 3 illik həbs cəzası çıxarılıb. H. Mübarək bu həbs müddətini çəkdiyi üçün azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR