Bank Of Baku

ABŞ aviasiyası İŞİD-in Somalidəki mövqelərinə hava zərbəsi endirib

ABŞ aviasiyası İŞİD-in Somalidəki mövqelərinə hava zərbəsi endirib
# 04 noyabr 2017 00:45 (UTC +04:00)

ABŞ aviasiyası İŞİD-in Somalidəki mövqelərinə hava zərbəsi endirib.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Afrika Komandanlığının (AFRICOM) mətbuat xidmətindən bildirilib.

 

“Noyabrın 3-də ABŞ hərbi aviasiyası Somalinin şimal-şərqində İŞİD terror qruplaşmasının mövqelərinə iki hava zərbəsi endirib. Ehtimala görə, nəticədə bir neçə terrorçu məhv edilib. Hazırda əməliyyatın nəticələri qiymətləndirilir”, məlumatda deyilir.

 

Qeyd edək ki, bu, ABŞ tərəfindən Somalidə İŞİD terrorçularının mövqelərinə endirilən ilk hava zərbəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR