Bank Of Baku

Aralıq dənizində 60 miqrant itkin düşüb

Aralıq dənizində 60 miqrant itkin düşüb
# 30 iyun 2017 18:49 (UTC +04:00)

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 60 nəfər  itkin düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bəyan edib.

 

Onun sözlərinə görə, qəza zamanı gəmidə təxminə 140 miqrant olub. Onlardan 80-i xilas edilərək İtaliyanın Brindizi limanına gətirilib.

 

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 77 min miqrant keçib, 1828 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib. İtaliya Daxili işlər nazirliyinin məlumatına əsasən, ötən il ölkəyə Aralıq dənizi vasitəsilə 181 mindən çox qeyri-qanuni miqrant daxil olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR