Bank Of Baku

Burkina-Fasonun müvəqqəti dövlət başçısı Fransa səfirliyində sığınacaq tapıb

Burkina-Fasonun müvəqqəti dövlət başçısı Fransa səfirliyində sığınacaq tapıb
# 22 sentyabr 2015 01:49 (UTC +04:00)

Bakı-APA. Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando Fransa səfirliyində sığınacaq tapıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın Burkina-Fasodakı səfiri Jil Tibo bəyan edib.

 

“Prezident Kafandonun icazəsi ilə təsdiq edirəm ki, o, həqiqətən Fransa səfirliyinin ərazisindədir”, səfir özünün Twitter-dəki səhifəsində yazıb.

 

Bundan əvvəl Mişel Kafando  ev dustağı edilmişdi. Sentyabrın 17-də bir qrup hərbçi Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını və müvəqqəti hökumətin buraxıldığını bəyan etmişdilər. Burkina-Fasonun keçid parlamentinin sədri Şərif Say ölkədə dövlət çevrilişinin baş verdiyini və xalqı qiyamçılara qarşı çıxış etməyə çağırmışdı.

 

Son 4 gün ərzində Burkina-Fasoda baş verən toqquşmalarda azı 10 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR