Bank Of Baku

CAR-da qatar körpüdən aşan mikroavtobusla toqquşub, 14 nəfər ölüb

CAR-da qatar körpüdən aşan mikroavtobusla toqquşub, 14 nəfər ölüb
# 17 avqust 2015 21:31 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasında qatar körpüdən aşan sərnişin mikroavtobusu ilə toqquşub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb.

 

İnsident Kvazu-Natal əyalətində, Durban  şəhəri yaxınlığında baş verib. Yerli BNO News telekanalı 6 nəfərin xəsarət aldığını bildirib, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisə yerinə xilasedici xidmət və tibb briqadaları cəlb edilib. Qəzanın başvermə səbəbləri bəlli deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR