Bank Of Baku

CAR parlamenti bu gün yeni prezident seçəcək

CAR parlamenti bu gün yeni prezident seçəcək
# 15 fevral 2018 10:32 (UTC +04:00)

Cənubi Afrika Respublikası (CAR ) parlamenti yeni prezident seçməyə hazırlaşır.

 

APA-nın “Times Live”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyasının nümayəndəsi Cekson Mtembu məlumat verib.

 

Yeni prezident bu gün yerli vaxtla saat 14:00-da seçiləcək.

 

Xatırladaq ki, CAR prezidenti Ceykob Zuma istefa verib. O, xalqa müraciətində heç bir ittihamla razı olmadığını, lakin partiyanın qərarına tabe olduğunu deyib. 

 

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib. Müxalifət 2014-cü ildən etibarən C. Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR