Bank Of Baku

Cənubi Sudanda silahlılar 90-dək uşağı girov götürüb

Cənubi Sudanda silahlılar 90-dək uşağı girov götürüb
# 21 fevral 2015 18:51 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Uşaq Fondunun (YUNİSEF) məlumatında bildirilir.

 

Məlumata görə, 12-13 yaşda olan uşaqlar Yuxarı Nil əyalətinin inzibati mərkəzi Malakal şəhəri yaxınlığındakı Vau Şiluk yaşayış məntəqəsində girov götürülüb.  

 

Silahlılar qəsəbəni mühasirəyə alaraq bütün evlərdə axtarış  aparıblar və girov götürdükləri uşaqları zorla naməlum istiqamətdə aparıblar.   

 

Hüquq müdafiəçilərinin məlumatına görə, Cənubi Sudanda silahlılar  oğurladıqları uşaqları nökər və ya döyüşçü qismində istifadə edirlər.

 

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR